Accessibility links

Həftə sonu İraqda 11 Amerika əsgəri həlak olub


ABŞ hərbi qüvvələri dünən İraqda 11 əsgərin öldüyünü xəbər verirlər. Bağdadın şimal qərbində baş verən partlayış nəticəsində dörd əsgər həlak olub, onların tərçüməçisi ağır yaralanıb. Yolkənarı bomba partlayışları və kiçik çaplı silahlardan hücumlar nəticəsində isə başqa dörd əsgər Bağdad ətrafında həlak olub. Tikritdə yol kənarında yerləşdirilmiş bomba partlayışı bir əsgərin ölümülə nəticələnib. Başqa xəbərdə koalisiya qüvvələrinin Tacı qəsəbəsi yaxınlığında keçirdikləri reydlər nəticəsində dörd qiyamçını öldürdüyü, 14-ü isə saxladığı deyilir. Bu gün iki sünni ərəb bloku parlamentin işini boykot edərək, vəzifədən kənarlaşdırılmış spiker Mahmud əl Məşadaninin vəzifəyə bərpa edilməsini tələb edir.
XS
SM
MD
LG