Accessibility links

BMT-nin nüvə agentliyinin müfəttişləri Şimali Koreyaya yollanıblar


BMT-nin nüvə agentliyinin baş inspektoru Olli Heynonen Şimali Koreyada əsas nüvə reaktorunun bağlanmasının monitorinqinin necə keçiriləciyini müzakirə etmək üçün bu ölkəyə yola düşüb. Olli Heynonen və Beynəlxalq atom enerjisinə nəzarət agnetliyinin üç müfəttişi bu gün Vyanadan Pxenyana yola düşüblər. Şimali Koreya nüvə agentliyinin müfəttişlərini keçən həftə ölkəyə dəvət etmişdi. Keçən həftə habelə son beş ildə ABŞ-ın ilk səviyyəli rəsmisi Şimali Koreyaya səfər etmişdi. Dövlət katibini yardımçısı Kristofer Hil Şimali Koreya rəsmilərinin Yonqbuyon nüvə reaktorunu üç həftəyədək müddət ərzində bağlamağa razı olduqlarını demişdi.
XS
SM
MD
LG