Accessibility links

Venesuela prezidenti Rusiyada rəsmi səfərdədir


Venesuela prezidenti Huqo Çaves Rusiyaya müdafiə və iqtisadi məsələlərin müzakirəsinin əsas diqqət mərkəzində olacağı rəsmi səfərə başlayıb. Huqo Çavesin sabah prezident Vladimir Putinlə görüşəcəyi gözlənilir. Diplomatların bildirdiyinə görə, danışıqlar zamanı Venesuelanın sualtı qayıqlar, vertolyotlar və digər hərbi təchizat alması məsələsinin müzakirə ediləcəyi gözlənilir. Danışıqların enerji sahəsində əməkdaşlıq məsələsini də əhatə edəcəyi deyilir.

Bu gün Huqo Çaves Rusiyanın cənubunda vertolyot zavoduna getzmədən əvvəl Rusiya parlamentinin Aşağı Palatasının spikeri Boris Qrızlovla görüşüb.

Venesuela lideri Rusiyadan sonra Belarus və İrana səfər edəcək. Dipomatlar Venesuelanın Belarus və İrandan hərbi hava hücumundan müdafiə sistemləri almaq istədiyini bildiriblər.

XS
SM
MD
LG