Accessibility links

Livan hərbi qüvvələri 6 islamçı yaraqlını qətlə yetirib


Livan hərbi qüvvələri ölkənin şimalında Tripoli şəhəri yaxınlığınıda toqquşma zamanı 6 islamçı yaraqlını qətlə yetiriblər. Döyüş Qalamun kəndi yaxınllığında baş verib. Hərbi qüvvələrin rəsmilərinin bildirdiyinə görə, əsgərlər bu ərazidən bir neçə kilometr məsafədə yerləşən Fələstin qaçqın düşərgəsində bir ay döyüş aparandan sonra burada sığınacaq tapmış Fətah əl-islam qrupunun yaraqlılarını təqib edirdilər.

Keçən həftə Livan rəsmiləri düşərgədə Əl-Qaidə tərəfdarı yaraqlılara qarşı əsas əməliyyatın başa çatdığını elan etmişdilər. Münaqişə zamanı Livan hərbi qüvvələrinin 80 əsgəri, 50 yaraqlı və 20 mülki vətəndaş həlak olub. Bazar günü Tripolidə hökumət qüvvələri və islamçı ekstremistlələ döyüş zamanı 10 nəfər həlak olmuşdu.

XS
SM
MD
LG