Accessibility links

Britaniya polisi Londonda terror aktının qarşısını alıb


Britaniya polisi Londonun mərkəzində maşına yerləşdirilmiş bombanı zərərsizləşdirdiklərini xəbər verir.

Skotland Yardın rəsmisi Piter Klark bildirib ki, yüzlərlə adamın olduğu populyar gecə klubunun kənarında tapılmış maşın benzin kanistrləri və qəlpələrlə dolu imiş. Polis başqa bir hadisə ilə əlaqədar kluba gəlmiş, maşından tüstü gəldiyini hiss edən təcili yardım işçiləri tərəfindən çağırılıb.

Cənab Klark deyib ki, baş tutmayan partlayış planına görə kimin məsuliyyət daşıdığını söyləmək üçün hələ tezdir. Britaniyanın daxili işlər naziri Cək Smit müxbirlərə deyib ki, ölkə ciddi beynəlxalq terror təhlükəsi ilə üz-üzədir və vətəndaşlardan ayıq olmağı xahiş edib.

Bundan əvvəl Toni Bleyrdən kabineti təhvil alan yeni baş nazir Qordon Braun ictimai təhlükəsizliyi qorumağın vacibliyini vurğulayıb. O deyib ki, insident Briytaniyanın ciddi və davamlı təhlükələrlə üzləşdiyini göstərir.

XS
SM
MD
LG