Accessibility links

BMT Fil Dişi Sahilinin rəhbərinə hücumu pisləyir


BMT Fil Dişi Sahilinin baş naziri Qiyyam Soronu aparan təyyarəyə edilən raket hücumunu pisləyib. Baş nazirin özünə xətər dəyməsə də təyyarədə oturan başqa 3 adam Buake aeroportunda baş verən hücum nəticəsində həlak olub. Dünən axşam BMT Təhlükəsizlik Şurasının Prezidenti Cohan Verbeke hücumu və Fil Dişi Sahilində gedən sülh prosesini sıradan çıxarmaq cəhdlərini qətiyyətlə pisləyib. BMT-nin Fil Dişi Sahilindəki Missiyası və baş katib Ban Ki Mun da zorakılıqları pisləyib. Qiyamçı istehkamı hesab olunan Buakedə hücumun kimlər tərəfindən edildiyi bilinmir.
XS
SM
MD
LG