Accessibility links

Pxenyandan qayıdan nüvə müfəttişləri razılığın əldə olunduğunu deyirlər


BMT nüvə müfəttişi deyir ki, Şimali Koreyanın nüvə müəssisəsini bağlayacağı günün müəyyən edilməsi Pxenyanla altıtərəfli danışılqarda iştirak edən başqa dövlətlərlə müzakirələrdən asılıdır. Beynəlxalq Atom Enerjisi Agentliyinin rəsmisi Olli Heynonen bu gün Pekində açıqlama verərək Yonqbyon müəssisəsinin bağlanmasına nəzarət mexanizminə aydınlıq gətirib. Heynonen və başqa nüvə müfəttişləri müəssisəyə səfəri Cümə günü başa çatdırmış və Şimali Koreya ilə reeaktorun bağlanması haqda razılıq əldə edildiyini söyləmişlər. Onlar əlavə detallar verməyiblər. Pxenyan ilin əvvəlində özünün başlıca nüvə reaktorunu bağlamağa razı olmuşdu.
XS
SM
MD
LG