Accessibility links

Prezident Buş radio müraciətində Amerika əsgərlərini alqışlayıb


Birləşmiş Ştatların müstəqillik günü ərəfəsində Prezident Buş dünyanın müxtəlif guşələrində xidmət edən Amerika əsgərlərinin cəsarətini alqışlayıb. Həftəlik radio müraciətində cənab Buş İraqda və Əfqanıstanda həyatlarını təhlükə qarşısına qoyan əsgərləri Amerikanın banilərinə bənzədib. Cənab Buş deyib ki, İyulun 4-də Amerikalılar öz həyatlarını azadlıq uğrunda mübarizəyə bəxş etmiş cəsur banilərin xatirəsini yad edirlər. Bu qurbanlar milyonlarla yeni doğulacaq nəslə azad gələcək bəxş etdi. Cənab Buş Əfqanıstanda və İraqda ABŞ və NATO qüvvələrinin xalqa öz azadlıqlarını müdafiə etməkdə yardım göstərdiyini söyləyib.
XS
SM
MD
LG