Accessibility links

NATO və ABŞ qüvvələrinin hücumu ilə bağlı araşdırma aparılıb


Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, NATO və ABŞ qüvvələrinin ölkənin cənub bölgələrinə hava hücumları ilə bağlı araşdırmalar 62 Taliban döyüşçüsü və 45 mülki vətəndaşın həlak olduğunu göstərib. Qeyd edək ki, Helmənd vilayətinə qarşı hücumlar nəticəsində ölənlərin sayı barədə ziddiyyətli məlumatlar verilirdi. NATO sözçüsü mülki vətəndaşların tələfatı barədə məlumatı təsdiq etsə də, ölənlərin sayının əfqan rəsmilərinin bildirdiyi qədər yüksək olmadığını deyib.

XS
SM
MD
LG