Accessibility links

İran Toni Bleyrin təyinatını tənqid edir


İran Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyrin Yaxın Şərq üzrə sülh elçisi təyin edilməsini kəskin tənqid edir. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Məhəmməd Əli Hüseyni bildirib ki, Toni Bleyr regionda yaxşı repitasiyaya malik deyil. O, sabiq baş nazirin Yaxın Şərqdəki inkişaflara müsbət təsiri olacağına şübhə etdiyini deyib. Məhəmməd Əli Hüseyni Britaniyanın baş naziri Gordon Braunu yeni lider kimi salamlayaraq, onun İranla münasibətlərdə gərginlik yaradan siyasəti nəzərdən keçirəcəyinə ümid bəslədiyini bildirib.

XS
SM
MD
LG