Accessibility links

ABŞ və Rusiya nüvə silahlarını azaltmaq barədə razılığa gəliblər


Birləşmiş Ştatlar və Rusiya ölkələrinin nüvə arsenalını azaltmaq barədə razılığa gəliblər.

Birləşmiş Ştatların dövlət katibi Kondoliza Rays və Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu barədə birgə bəyanatı bu gün Vaşinqtonda veriblər.

Bəyanatda deyilir ki, tərəflər strateji silahların həcmini “öz ölkələrinin milli təhlükəsizlik maraqları və qoşulduqları bloklardakı öhdəliklərə uyğun olaraq ən aşağı həddə qədər azaltmaq niyyətindədirlər".

Rusiya və ABŞ arasında bağlanmış Strateji Silahların Azaldılması Müqaviləsinin müddəti 2009-cu ildə bitir. Sənədin yenisi ilə əvəzlənib əvəzlənməyəcəyi aydın deyil.

Tərəflər nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi istiqamətində əməkdaşlığı artıracaqlarını da bildiriblər.

XS
SM
MD
LG