Accessibility links

Amerikada Müstəqillik Günü qeyd edilib


Dünən amerikalılar Müstəqillik Gününün 231-ci ildönümünü qeyd ediblər. 1776-cı il, iyulun 4-də amerikalılar Britaniyadan ayrıldılar. Dünən paytaxt Vaşinqtonda və Amerikanın başqa şəhərlərində təşkil edilən mərasimlərdə tarixi sənəd ucadan oxunub və şərəfləndirilib bütün ölkəboyu icmalar paradlar və patriotik mərasimlər keçirib. Vaşinqtonda isə gün ərzində davam edən şənliklər gecə Corc Vaşinqton abidəsi yaxınlığında atəşfəşanlıqla başa çatıb.

Prezident Buş Müstəqillik Günü münasibətilə xalqa müraciətində amerikalıları İraq müharibəsində səbr, cəsarət və fədakarlıq nümayiş etdirməyə səsləyib. Prezident Buş dünən Qərbi Virciniya ştatının Martinsburq şəhərinə səfər edərək , orada Milli Qvardiya üzvləri və onların ailələri ilə görüşüb.

XS
SM
MD
LG