Accessibility links

Beynəlxalq Amnistiya: Türkiyə təhlükəsizlik qüvvələri işgəncələri davam etdirir


Beynəlxalq Amnistiya bildirir ki, Türkiyədə təhlükəsizlik qüvvələri işgəncələr, saxlanılanlarla pis rəftar və cəzasız qətlləri davam etdirir.

Londonda yerləşən insan hüquqları qrupu bu gün bildirib ki, Türkiyədə hüquqları pozulmuş insanlarla bağlı ədalətin bərpası ya gecikdirilir, ya da bundan imtina olunur.

Amnesty bildirir ki, təhlükəsizlik qüvvələri əməkdaşları tərəfindən törədilən sui-istifadə hallarının istintaqı və cəzası prokuror və hakimlərin davamsız qərarları ilə yarımçıq qalır.

Amnesty İnternationalın Avropa və Mərkəzi Asiya proqramının direktoru Nikola Dakvort deyir ki, Türkiyənin ədliyyə sisteminin islahatlara ehtiyacı var.

O deyir ki, ölkənin ədliyyə sistemi insan hüquqlarının qorunmasını dövlət institutları və rəsmilərinin maraqlarından üstün tutmalıdır.

Türkiyə hökuməti özünün insan haqlarının müdafiəsi və “işgəncələrə dözümsüzlük” prinsiplərinə sadiqliyini bəyan edib.

XS
SM
MD
LG