Accessibility links

Avstraliyanın İraq müharibəsindəki roluna dair ölkə rəsmilərinin fikirləri üst-üstə düşmür


Avstraliyanın müdafiə naziri Brendan Nelson deyib ki, İraqın neft ehtiyatlarının müdafiəsi Avstraliya qüvvələrinin İraqda saxlanmasının əsas səbəblərindən biridir. Nazir Nelsonun açıqlaması İraq müharibəsinin Səddam Hüseynin aşkar edilməyən kütləvi qırğın silahları deyil, o ölkənin neft sərvətinin ələ keçirilməsi məqsədi ilə edilyini deyənlərin sözünə qüvvət vermiş olur. Avstraliyanın müdafiə naziri qüvvələrin İraqda qalmasına haqq qazandan daha bir dəlil gətirib. O deyib ki, Avstraliyanın qərarının arxasında İraqda humanitar böhrana yol verilməməsi durur. Başqa bir səbəb kimi nazir Nelson Avstaliyanın əsas müttəfiqi Amerika Birləşmiş Ştatlarına dəstək verməklə, Yaxın Şərqdə sülh və sabitliyin bərqərar edilməsi və terrorizmə qarşı mübarizə aparılmasını göstərib. Bundan az sonra Avstraliyanın baş naziri Con Hovard ziddiyyətli bəyanatla çıxış edib. O, Avstraliyanın İraq müharibəsindəki mövqeyinin neftlə heç bir əlaqəsi olmadığını bildirib. Sidney radiosuna müsahibəsi zamanı baş nazir deyib ki, Avstraliyanın İraqdakı mövcudluğu İraq xalqının demokratiyaya nail olmasına yardım məqsədi daşıyır. Avstraliyanın İraqdakı minə yaxın hərbi repsonalı 600 dəniz və hava qüvvələri əsgəri tərəfindən dəstəklənir.

XS
SM
MD
LG