Accessibility links

İran Azərbaycanında Babək həftəsi başa çatıb


İran Azərbaycanında Babək həftəsi başa çatıb. İran Azərbaycanındakı fəallardan aldığımız xəbərlərə görə, İran hökumətinin Bəzz qalası ətrafında hərbi manevrləri keçirməsi ucbatından qalaya yürüş bu il də baş tutmayıb.

Bu qadağa, bir çox şəhərlərdə kiçik lakin çoxsaylı tədbirlərin keçirilməsinə rəvac verib. Azərbaycanlıların milli mədəni hüquqları uğrundə hərəkatın tanınmış simalarından biri Qulamrza Əmaninin sözlərinə görə, Təbrizdə müxtəlif kiçik aksiyalar müşahidə olunub.

Cənab Əmani İran hökumətinin dinc aksiyaya icazə verməməsinə heç cür izah tapa bilmir.

Qulamrza Əmaninin sözlərinə görə, bu gün Təbrizli fəal hərəkatın tanınmış simalarından biri Çengiz Bəxtavərin qardaşı Cahanbəxş Bəxtavər bir aydan uzun sürən həbsdən sonra azadlığa buraxılıb. Çengiz Bəxtavərin keçən cümə axşamı keçirilən məhkəməsinin hökmü isə hələ elan olunmayıb.

2006-cı ilin may etirazlarının ildönümü ilə bağlı həbs olunan 300-dən artıq Təbrizlidən hələ də onlarla nəfərin həbsdə qaldığını bidlirən cənab Əmani, bunun hərəkatçıların əhval ruhiyyəsini sarsıtmadığını deyir.

Tam reportajı səs faylında dinləyə bilərsiniz

XS
SM
MD
LG