Accessibility links

ABŞ Əl Qaedaya qarşı gizli əməliyyatı son anda təxirə salıb


Çap edilmiş son məlumata görə Birləşmiş Ştatlar son anda 2005-ci ildə Əl Qaeda fəallarının görüşü zamanı terror şəbəkəsinn liderlərini həbs etmək əməliyyatını təxirə salıb. “Nyu York Taymz” yazır ki, sabiq müdafiə naziri Donald Ramsfeld gizli missiyanın qarşısını alıb. Qəzetin bildirdiyinə görə Ramsfeld ehtiyat edib ki, bir neçə yüz adamın iştirak edəcəyi əməliyyatda çoxlu sayda ABŞ əsgəri həlak ola bilər və Pakistanla münasibətlər kəskinləşər. Qəzet adı çəkilməyən rəsmilərə istinad edib. Həmin bu görüşlərin birində Osama bin Ladenin baş müavini Ayman əl Zəvahirinin iştirak etdiyi təxmin edilir. Məlumata görə ABŞ əsgərləri artıq Əfqanıstanda təyyarəyə minən vaxt əməliyyat təxirə salınıb.
XS
SM
MD
LG