Accessibility links

Britaniya lideri terrorçular haqda informasiya bazasının yaradılmasını istəyir


Britaniya baş naziri Qordon Braun deyir ki, o, məlum və şübhəli bilinən terrorçuların Avropa üzrə qeydiyyat bazasının yaradılmasını isyəir. Baş nazirin fikrincə belə bir layihə Avropalılara terrora qarşı mübarizədə əməkdaşlıqda kömək edər. Bu arada Britaniyanın təhlükəsizlik naziri Alan Vest xəbərdarlıq edib ki, Britaniya İslam ekstremizminə qarşı 15 illik müharibə ilə üzləşir. Vest həmvətənlərini şübhəli fəaliyyətlər barədə rəsmilərə məlumat verməyə çağırıb. Şənbə günü Britaniya rəsmiləri İraqlı həkim Bilal Abdullanı partlayışlar törətmək qəsdində ittiham ediblər. Maşını Qlazqo aeroportu terminalına çırpmış ikinci şəxs isə şiddətli yanıqlar üzündən xəstəxanada müalicə olunur.
XS
SM
MD
LG