Accessibility links

İsrail 250 Fələstinli dustağı azad edəcək


İsrail höküməti Fələstin prezidenti Mahmud Abbası və onun yeni hökümətini dəstəkləmək məqsədi ilə 250 nəfər fələstinli dustağın azad olunması barədə qərar qəbul etmişdir. Bu gün İsrailin baş naziri Ehud Olmert deyib ki, İsrail hər bir imkandan istifadə edərək Fələstin mötədillərini dəstəkləyəcək. Rəsmi məlumata görə qərar böyük səs çoxluğu ilə qəbul edilib və indi hökümət hansı dustağların azad olunacaq barədə qərar verməlidir. İsraildə 10 mindən artıq fələstinli dustaq saxlanılır. Azad olunacaq dustağlar Fələstin prezidenti Abbasın rəhbərlik etdiyi Fatah partiyasının üzvləridirlər.

XS
SM
MD
LG