Accessibility links

Iranın nüvə fəaliyyətində yavaşıma müşahidə olunur


Beynəlxalq Atom Enerjisi Agentliyinin bildirdiyinə görə, İran uranın zənginlədşirilməsi proqramını yavaşıdıb. Bu gün Vyanada çıxış edən agentliyin rəhbəri Məhhəmməd Əl-Bəradei deyib ki, Natanz nüvə obyektində sentrifuqaların yerləşdirilməsi prosesinin ləngidildiyini müfəttişlər müşahidə edib. Qeyd edək ki, gələn həftə Beynəlxalq Atom Enerjisi Agentliyinin rəsmilərinin Tehrana səfəri gözlənilir. Washington Post qəzetinin yazdığına görə, agentliyi Natanz atom elektrik stansiyası yaxınlığında yeni inşaat sahəsini göstərən satillit vasitəsi ilə çəkilən şəkillər narahat edir.

XS
SM
MD
LG