Accessibility links

İraq müharibəsinin əleyhinə olanların sayı artır


Bu həftə Senatın hərbi xərclərlə bağlı debatlara başladığı vaxt ictimai rəy soğurları İraq müharibəsinin əleyhinə olanların sayının artdığını göstərib. USA Today və Gallupın keçirdiyi sorğularda min amerikalı respondent iştirak edib. Onların 70 faizi ABŞ qüvvələrinin aprel ayınadək İraqdan çıxarılmasının tərəfdarıdır. Hər beş adamdan biri, respondentlərin yalnız 20 faizi İraqdakı qüvvələrin yanvar ayınadək artırılmasına müsbət rəy verib. Sorğular ABŞ prezidenti Corc Buşun reytinqinin 33-dən 29 faizə endiyini göstərib.

XS
SM
MD
LG