Accessibility links

Nəbi Şənsoy: Amerika silahları PKK-nın əlinə düşür


Türkiyənin Birləşmiş Ştatlardakı səfiri bildirib ki, ABŞ istehsalı olan silahlar İraqdan Türkiyəyə hücumlar edən kürd yaraqlıların əlinə düşür.

Səfir Nəbi Şənsoy bu gün bildirib ki, onun fikrincə, Birləşmiş Ştatların İraq ordusundakı kürd qüvvələrini təchiz etdiyi silahlar PKK-nın əlinə düşür.

Şənsoy İraqın kürd liderlərini PKK və onun əməliyyatlarına dəstək verməkdə ittiham edib. O, Birləşmiş Ştatları PKK-nı birbaşa təchiz etməkdə günahlandırmayıb.

Cənab Şənsoy deyib ki, Türkiyə xalqının səbri tükənmək üzrədir. Bazar ertəsi İraqın xarici işlər naziri Türkiyənin İraq sərhəddinə 140 minlik ordu qüvvəsi cəmləşdirdiyini deyib.

Birləşmiş Ştatlar PKK-nı terrorçu təşkilat kimi tanıyır. ABŞ rəsmiləri Türkiyənin qrupla bağlı narahatlığını anladığını, lakin Türkiyənin İraqa müdaxiləsinin məsələyə kömək etməyəcəyini deyirlər.

XS
SM
MD
LG