Accessibility links

Buş administrasiyası Əl-Qaidənin güclənməsindən narahatdır


Bu gün Buş administrasiyasının rəsmiləri Əl-Qaidə terror şəbəkəsinin qabiliyyətinin gücləndirilməsinə dair son hesabatla bağlı görüş keçirir. Rəsmilərin bildirdiyinə görə, Milli Əks-Terror Mərkəzi Pakistan hökuməti ilə şimal-qərb bölgələrinin qəbilə başçıları arasında sülh sazişi əldə etməsi Əl-Qaidəyə Pakistanda münasib şərait yaradıb. Hesabatda bildirilir ki, saziş Pakistan hökumətinin həmin bölgələrdən effektiv şəkildə çıxaırlmasına, terrorçuların fəlaiyyətinin vüsət almasına şərait yaradıb.

ABŞ-ın daxili təhlükəsizlik naziri Maykl Çertoff CNN tele-şirkətinə müsahibəsi zamanı hökumətin Əl-Qaidənin Şimali Afrika və Cənubi Asiyada təsirinin artıdğından narahat oldğunu bildirib.

XS
SM
MD
LG