Accessibility links

Yaponiyada tayfunda 45 adam xəsarət alıb


Yaponiyada ölkə boyu güclü tayfun elektrik xətlərinin dağılmasına və insanların xəsarət almasına səbəb olub. Manyu Tayfunu Kyushu adasının üzərindən gəlir.

Yaponiya metereologiya xidmətindən bildiriblər ki, qasırğanın intensivliyi saatda 18 kilometr, küləyin sürəti isə saatda 120 kilometrdir.

Rəsmilər cümə günü Okinava adasında başlanan tayfunun azı 45 adamın xəsarət almasına səbəb olduğunu deyir.

Hava yolları şirkətləri yüzlərlə uçuşu ləğv edib, 100 minə qədər ev elektriksiz qalıb.

Tokio sakinləri bir meçə gün ərzində tayfunun paytaxta da çatacağından ehtiyat edir. Metereoloqlar Tokionun tayfunun yolu üzərində olub olmadığını deməyə çətinlik çəkirlər. Ötən il Şanşan tayfunu 9 adamın ölümünə, yüzlərlə adamın xəsarət alnmasına səbəb olmuşdu.

XS
SM
MD
LG