Accessibility links

Rusiya Silahlara Nəzarət Sazişinin qüvvəsini dayandırıb


Rusiya prezidenti Vladimir Putin ölkəsinin Avropada adi silahalra nəzarəti sazişində iştirakını dayandırıb.

Bu gün Kremlin nümayməndəsi bildirib ki, cənab Putin Rusiyanın Avropada Adı Silahlar üzrə Sazişdə iştirakının dayandırılması barədə sərəncam imzalamışdır.

Sözügedən sənəd Avropada və qərbi Rusiyada yerləşdirilən tankların, ağır artilleriyanın və qırıcı təyyarələrin sayını məhdudlaşdırır.

İlkin saziş 1990-cı ildə imzalanmış və 1992-cu ildə qüvvəyə minmişdir. Varşava sazişinin dağılmasından sonra, 1999-cu ildə sazişdə dəyişikliklər edilmişdir.

Rusiya bu sazişi imzalasa da, Birləşmiş Ştatlar və NATO-ya üzv olan təşkilatlar onu ratifikasiya etməmişlər. Buna səbəb olaraq adı çəkilən ölkələr Rusiyanın sabiq Sovet respublikaları Gürcüstan və Moldovadan qoşunlarının çıxarılması barədə öhdəliyinə riayət etməməsini göstərirlər.

NATO Rusiya prezidentinin sərəncamını yanlış istiqamətdə atılan bir addım adlandırmışdır.

XS
SM
MD
LG