Accessibility links

Livan ordusu yaraqlılarla döyüşləri davam etdirir


Livan ordusu ölkənin şimalında fələstin qaçqın düşərgəsində islamçı yaraqlıların mövqelərini bombardman edib. Şahidlər bildirir ki, Fətah əl İslam yaraqlıları azı 2 raket atəşi ilə hücuma cavab veriblər.

Cümə günü yaraqlılar Tripoli yaxınlığındakı Nəhr əl Bared düşərgəsi ətrafında yerləşmiş ordu hissələrinə Katyuşa tipli raketlər atıb. Cümə axşamı ordunun düşərgəni ağır artilleriya atəşinə tutmasından sonra döyüşlərdə azı 10 əsgər həlak olub.

XS
SM
MD
LG