Serbiyanın sepataçı Kosovo vilayətindəki albanların rəhbəri qərb ölkələrinə müraciət edərək, Rusiyanın əyalətin gələcək statusunu daxil olmaqla, Avropa məsələlərinə müdaxiləsini dayandırmağa çağırmışdır.
İslahatlar Saatı Partiyasının rəhbəri Veton Surroi bu gün Assoşiated Press xəbərlər agentliyinə deyib ki, Rusiya Avropa məsələlərinin həllində veto hüququna malik olmamalıdır.
Dünən isə o, vilayətin müstəqillik əldə etmək uğrunda səylərinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəszlik Şurasının köməyi ilə həyata keçirilməsi cəhdinin uğursuzluqla nəticələndiyini bildirmişdir.
Xatırladaq ki, dünən Birləşmiş Ştatlar və onun Avropadakı müttəfiqləri Təhlükəsizlik Şurasının Kosovo üzrə qərarının yeni layihəsini yayımlamışlar.