Accessibility links

ABŞ rəsmiləri Bin Ladenin göstərildiyi video lenti təhlil edir


Birləşmiş Ştatlar rəsmiləri Əl-Qaidə lideri Üsəma Bin Ladenin bu gün İnternetdə yerləşdirilmiş videosunu təhlil edirlər. Videonun harada istehsal edildiyi aydın deyil. Video lentdə Bin Laden şəhidliyə yüksək qiymət verərək, Məhəmməd Peyğəmbərin şəhid olmaq istədiyini deyir. 40 dəqiqəlik videoda bir dəqiqədən az göstərilən Əl-Qaidə lideri Əfqanıstanda qətlə yetirilmiş yaraqlılara ehtiramını ifadə edib. Keçən həftənin cümə günü ABŞ Konqresi Bin Ladenin ələ keçirilməsinə yardım edəcək məlumata görə mükafatın həcmini iki dəfə artıraraq, onun 50 milyon dollara çatdırılmasına səs vermişdi. Bu addım Senat və prezident Buş tərəfindən təsdiq edilməlidir.
XS
SM
MD
LG