Accessibility links

İsrail və Fələstin liderləri görüş keçirib


İsrailin baş naziri Ehud Olmert bu gün Qüdsdə Fəlsətin prezidenti Mahmud Abbasla görüşüb. Tərəflər Fəth hökumətinə dəstək məqsədi ilə təhlükəsizlik paketiini müzakirə ediblər. Dünən İsrail 180 Fəth yaraqlısının axtarışını dayandırdığını elan etmişdi. Belə ki, onlar yəhudi dövlətinə qarşı hücumların dayandırılmasına dair razılıq imzalamışlar. İsrail bundan əlavə 250 məhbusun azad ediləcəyinə də vəd verib. Eyni zamanda İsrail 2006-ci il Həmasın seçkilərdəki qələbəsindən sonra fələstinlilərin dondurulmuş vergi gəlirlərinin köçürülməsinə başlayıb.

XS
SM
MD
LG