Accessibility links

Braziliyada təyyarə qəzasının səbəbləri araşdırılır


Braziliyada təhqiqatçılar Sao Paulo aeroportunda azı 200 adamın ölümü ilə nəticələnən qəzanın səbəblərini araşdırmağa başlayıblar.

Xilasedici komandalar Konqonhas aeroportuna endikdən sonra uçuş zolağında sürüşüb qəzaya uğramış təyyarədən ən azı 90 cəsəd çıxarıblar. Rəsmilər deyirlər ki, onlar inanırlar ki, 176 sərnişin daşıyan, Braziliyanın TAM hava yollarına məxsus Airbus A230 təyyarəsi binaya və yanacaqdoldurma stansiyasına dəyərək yanmışdır. Sao Paulo ştatının qubernatoru deyir ki, baş verən şiddətli yanğından heç kim sağ çıxa bilməzdi. Bu, Braziliya tarixində ən pis təyyarə qəzası hesab olunur.

XS
SM
MD
LG