Accessibility links

Ailəsinin Səid Mətinpurdan xəbəri yoxdur


“54 gündür mən intizardayam”. Bunu Zəncanlı jurnalist Səid Mətinpurun həyat yoldaşı Ətiyyə Tahiri deyir.

Iranda azərbaycanlıların hüquqları barədə yazan jurnalist Səid Mətinpur 54 gündür ki həbsdədir və bir dəfə də ailəsi ilə görüşə bilməyib.

Ətiyyə Tahirinin sözlərinə görə, Səid Mətinpuru düşüncələrinə görə həbs ediblər. Beynəlxalq Amnistiya və Sərhədsiz jurnbalistlər təşkilatları da cənab Mətinpurun vicdan məhbusu olduğunu düşünür.

Onu 20 gün Zəncan Ettelaat idarəsində saxladıqdan sonra Tehranın Evin zindanına keçiriblər. Bu barədə Ətiyyə xanım yalnız Səid Mətinpurun qısa telefon zənglərinin telefon kodundan xəbər tutub. Bir neçə gün əvvəl cənab Mətinpurun və oinunla birgə həbs olunan fəal Cəlil Qənilunun yenidən Zəncana gətirildiyi bildirilib.

Amma Ətiyyə Tahiri bu məlumatın təsdiqini nə rəsmi idarələrdən, nə də zəngləri kəsilmiş Səid bəyin özündən ala bilmir. Mətinpurun ailəsinə heç bir məlumat yaymamaları ilə bağlı təzyiqlər edilib. Lakin Ətiyyə Tahirinin sözlərinə görə, artıq səbr tükənib.

Tam reportajı audio-formatda dinləyin

XS
SM
MD
LG