Accessibility links

Prezident Müşərrəf ekstremistlərlə birbaşa qarşıdurma yarandığını deyir


Pakistanın şimalı qərbində yaraqlıların təhlükəsizlik qüvvələrinin maşın karvanını pusquya salması nəticəsində 17 əsgər həlak olub. Bu, İslamabada intiharçı hücumu nəticəsində 16 nəfərin həlak olmasından bir gün sonraya baş verir. Prezident Pərviz Müşərrəf deyib ki, zorakılığın şiddətlənməsinə baxmayaraq, fövqəladə vəziyyət elan etməyəcək.

Pakistan rəsmiləri bildirirlər ki, Şimali Vəziristanda yaraqlılar iki hərbi maşın karvanını pusquya salıblar. Birinci hücum Şimali Vəziristan bölgəsinin ən böyük şəhəri olan Miranın təxminən 40 kilometrliyində baş verib. Hadisə nəticəsində 17 əsgər həlak olub. Bundan bir neçə saat sonra yaraqlılar Pakistanın hərbi keşik postuna hücum ediblər. Pakistan rəsmiləri bildirirlər ki, hücum zamanı 5 yaraqlı öldürülüb.

Pakistan hərbi qüvvələrinin sözçüsü general mayor Vahid Ərşad deyir ki, tayfaların yaşadığı bu gölgə talibanpərəst və Əl-Qaida yaraqlılarının istinadgahı sayılır. Onun sözlərinə görə, əsgərlərlə yaraqlılar arasında atışmalarda 10 əsgər həlak olub. Yaraqılar da çox sayda itgiyə məruz qalıblar. Lakin onlar hərbi qüvvələrinin təhqiqatından öncə ölənlərin cəsədlərni aparıblar.

Son həftə Şimali Vəziristanda baş verən bir sıra bomba hücumları nəticəsində 100-dən çox adam həlak olub. Prezident Müşərrəf zorakılıq dalğasının şiddətlənməsinə baxmayaraq, fövqəladə vəziyyət elan etməyəcəyini bildirib.
Bu arada, Birləşmiş Ştatların rəsməiləri bildiriblər ki, Vaşinqton prezident Müşərrəfin ekstremist ünsürlərə qarşı apardığı mübarizəni bundan sonra da dəstəkləyəcək. Birləşmiş Ştatlar Pakistanın təhsil, səhiyyə sahələri və iqtisadi layihələrinə 750 milyon dollardan çox sərmayə qoyacağını elan edib.

XS
SM
MD
LG