Accessibility links

Yaxın Şərq sülh kvarteti Lissabonda görüş keçirir


Yaxın Şərq üzrə vasitəçi qrup bu gün Lissabonda xüsusi nümayəndə təyin edilən Britaniyanın sabiq baş naziri Toni Bleyrlə görüş keçirir. Danışıqlar zamanı cənab Bleyrin planı və prezident Buşun Yaxın Şərq sülh prosesinin canlandırılması məqsədi ilə beynəlxalq konfrans barədə təklifi müzakirə edilir. Toni Bleyrin yeni vəzifəsinə fələstinlilərin infrasktrukturu və iqtisadiyyatının inkişafı üçün maliyyə vəsaiti toplanması da daxildir. ABŞ dövlət katibi Kondoliza Rays Toni Bleyrin rolunu Amerikanın başçılıq etdiyi sülh səylərinə dəstək kimi qiymətləndirir.

XS
SM
MD
LG