Accessibility links

Taliban iki alman girovu öldürdüyünü deyir


Əfqanıstanda Taliban yaraqlıları alman və əfqan hökumətlərinə onların tələblərini yerinə yetirmək üçün verilən möhlət başa çatdığından iki alman girovunu güllə ilə öldürdüklərini deyirlər. Talibanın sözçüsü bu bəyanatı bu gün, iki alman mühəndisinin Əfqanıstanın mərkəzində oğurlanmasından üç gün sonra verib.

Girovların bir saat fasilə ilə öldürüldüyü bildirilir. Almaniyanın xarici işlər naziri deyib ki, o bəyanatı çox ciddi qarşılaylb. Əfqanıstanın daxili işlər nazirliyinin sözçüsü Zemari Bəşəri deyib ki, hökumət Talibanın iddialarının doğruluğunu yoxlamağa çalışır.

Taliban bildirib ki, əgər Almaniya özünün Əfqanıstandakı üç minlik hərbi qüvvəsini geri çağırmasa, girovları öldürəcək. Yaraqlılar həmçinin bütün Talibançı məhbusların azad olunmasını tələb edib.

Bu gün Almaniya kansleri Angela Markel Talibanın alman qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı tələblərini rədd edib.

XS
SM
MD
LG