Accessibility links

Pakistan əsgərləri 19 taliban yaraqlısını öldürüb


Pakistan hərbi qüvvələrinin rəsmiləri bildirir ki, son zamanlar zoraqkılıqların artdığı Şimali Vəziristan bölgəsində əsgərlər 19 taliban tərəfdarı yaraqlını qətlə yetiriblər. Hərbi qüvvələrin bildirdiyinə görə, yaraqlılar ordunun mövqelərinə şənbə günü hücum etməyə cəhd göstəriblər, lakin hücumun qarşısı alınıb və 13 yaraqlı öldürülüb. Hökumət qüvvələrinin əsgərləri arasında tələfat haqda məlumat verilməyib. Hərbi qüvvələr bildirir ki, bu gün ayrı bir döyüş zamanı daha 6 yaraqlı öldürülüb, 6 əsgər yaralanıb. Birləşmiş Ştatlarda Prezident Buş deyib ki, Vaşinqton Əfqanıstanaa sərhəd ərazidə Əl-Qaidə və Taliban ekstremistlərinə qarşı mübarizədə Pakistan hökumətinə tam dəstək verir
XS
SM
MD
LG