Accessibility links

Britaniyanın sabiq baş naziri Yaxın Şərqə səfər edir


Britaniyanın sabiq baş naziri Toni Bleyr beynəlxalq sülh üzrə nümayəndə kimi Yaxın Şərqə ilk səfərini edir. Cənab Bleyr İordaniyada xarici işlər naziri Əbdül İlah Xatiblə görüşdükdən sonra bu gün Tel Əvivə gəlib. İsraildə Toni Blyer ölkənin xarici işlər və müdafiə nazirləri ilə habelə, Qüdsdə Amerikanın yüksək səviyyəli diplomatı ilə görüşəcək.

Sabah Qüdsdə cənab Bleyr İsrailin baş naziri Ehud Olmertlə, Ramallahda isə fəslətinlilərin prezidenti Mahmud Abbasla görüşlər keçirəcək.

XS
SM
MD
LG