Accessibility links

Corc Buş İraqda terrorçuların xaricdən himayə olunduğunu bildirib


Prezident Buş bildirib ki, İraqdakı əl-Qaidə qrupunun Üsəma Bin Ladenin əl-Qaidə terror şəbəkəsilə bağlılığı var.

Bu gün Cənubi Karolina ştatında ABŞ hərbi hava qüvvələrinin bazasında danışan cənab Buş deyib ki, İraqda əl-Qaidə xarici terrorçular tərəfindən maliyyəşdirilir və bin Ladenə mötədil xarici terrorçular tərəfindən idarə olunur.

ABŞ prezidentinin bildirdiyinə görə, Əl-Qaidə təşkilatı İraqda öz terror əməliyyatları üçün baza yaratmaq niyyətindədir. Prezident Buş bəyan edib ki, Amerika əsgərlərinin İraqdan çıxarılması Birləşmiş Ştatlar üçün fəlakətli nəticə verə bilər.

XS
SM
MD
LG