Accessibility links

Serbiya parlamenti Kosovo ilə bağlı qanun layihəsini müzakirə edir


Serbiya qanunvericiləri hər hansı ölkənin Kosovonun müstəqilliyini birtərəfli qaydada tanımasına qarşı qanun layihəsi üzrə debatlara başlayıblar. Prezident Boris Tadiç və baş nazir Voislav Koştunitsa bu gün Belqradda keçən sessiyada iştirak ediblər.

Hökumət rəsmilərdən hər hansı beynəlxalq qurumun Serbiyanın ərazi bütövlüyünə qarşı atacağı addıma qətiyyətli cavab verməyi tələb edən qanun layihəsini parlamentə bazar ertəsi təqdim edib.

Addımın nədən ibarət olacağı sənəd layihəsində açıqlanmır. Kosovonun baş naziri Agim Ceku isə bazar ertəsi bildirib ki, əyalət ABŞ və Avropa Birliyinin qatqısı olmadan müstəqilliyini elan etməyəcək.

XS
SM
MD
LG