Accessibility links

AKP seçkilərin dünyəvi quruluşu dəstəkləyən hərbçilərə mesaj olduğunu deyir


Türkiyənin hakim islamçı partiyası bildirib ki, onların qələbəsi ölkədə dünyəvi hərbi rəhbərliyin siyasətdən uzaq durması üçün bir mesajdır. Hökumətin sözçüsü Mehmet Ali Şahin bu gün Ankarada jurnalistlərə deyib ki, siyasətlə siyasətçilər məşğul olmalıdır.

Aprel ayında Türkiyə hərbçiləri dünyəvi quruluşun müdafiəsinə qalxmışdılar.

Baş nazir Rəcəb Tayyib Ərdoğan onun Ədalət və İnkişaf partiyasının Türkiyədə dünyəvi rejimə zərbəı vurmaq kimi gizli planlarının olduğu barədə iddiaları rədd edir.

Bazar günü keçirilən seçkilərdə səslərin təqribən 47 faizini qazanan hakim partiya 550 yerlik parlamentdə təqribən 340 kürsüyə sahib olmağa hazırlaşır. Ana müxalifət partiyası olan Cümhuriyət xalq partiyasının 112 yerə sahiblənəcəyi gözlənilir.

Nəticələrin ürəkaçan olmadığına baxmayaraq, müxalifət lideri Dəniz Baykal partiya rəhbərliyindən istefa vermək tələbini rədd edib.

XS
SM
MD
LG