Accessibility links

ABŞ prezidenti Corc Buş İordaniya kralı Abdullanı şam yeməyinə dəvət edib


ABŞ prezidenti Corc Buşla İordaniya kralı Abdulla arasındakı Vaşinqton görüşünün məqsədi Yaxın Şərq sülh prosesinin canlandırılması olub. Ağ Evə təşrif gətirən kralı birinci xanım Lora Buş və prezidentin özü şəxsən qarşılayıb. Qeyri-rəsmi görüş şam masası ətrafında keçirilib. Təqribən 90 dəqiqə sürən bu görüş zamanı tərəflər regional və qarşılıqlı münasibətləri müzakirə edilib. Xatırladaq ki, prezident Buş İsrail-Fələstin münaqişəsinin həlli məqsədi ilə ərəb ölkələrinin də iştirakı ilə beynəxlaq konfrans keçirilməsini təklif edir. Konfransın təşkili sentyabr ayında BMT-nin Baş Assambleyasının yığıncaq keçirləcəyi Nyu-Yorkda gözlənilir.

XS
SM
MD
LG