Accessibility links

Taliban bir girovun öldürüldüyünü bildirib


Taliban sözçüsü olduğunu iddia edən şəxs xəbər agentliklərinə bildirib ki, Əfqanıstanın cənub şərqində 5 kişi və 18- qadındən ibarət Cənubi Koreya vətəndaşını girov saxlayan yaraqlılar bir girovu öldürüblər. Hələlik bu məlumat müstəqil mənbələr tərəfindən təsdiq edilməyib.

Bundan öncə taliban bildirmişdi ki, Əfqanıstan hökuməti 8 talibanı həbsdən azad etməsə, bu gün yerli vaxtla saat 14-də girovları öldürəcəklər. Bu arada yaraqlıların girov saxladıqları bir alman jurnalisti və onun əfqan tərcüməçisini bu gün Əfqanıstanın şərqində Kunar vilayətində azad etdikləri bildirilir. Kunar vilayətinin valisi Dedar Şalezai isə deyib ki, rəsmilər girovları kəndçilərin yardımı ilə tapıblar.

XS
SM
MD
LG