Accessibility links

Təhlükəsizlik işçilərinə sayıqlıq xəbərdarlığı verilib


ABŞ-ın hava limanlarının təhlükəsizlik işçiləri sərnişinlərin partlayıcı maddə componentlərinin təyyarələrə keçirməsinə dair sayıqlıq göstərilməsi barədə xəbərdarlıq alıb. Xəbərdarlıq iyul ayının 20-də Nəqliyyat Təhlükəsizliyi Administrasiyası tərəfindən verilib. Buna səbəb keçən sentyabr ayından etibarən sərnişinlərin yüklərindən borular, simlər, cib telefonlarının hissələri və giləbənzər, məsələn pendir kimi maddələrin aşkar edilməsi olub. Nəqliyyat Təhlükəsizliyi Administrasiyası ictimiayyəti təşvişə düşməməyə çağırıb. Qeyd edək ki, şübhəli maddələrin aşkar edildiyi insanların heç biri nə cinayətkar keçmişə, nə də terror təşkilatları ilə əlaqəyə malikdir.

XS
SM
MD
LG