Accessibility links

Cənubi Koreya Əfqanıstanda girovların azad edilməsi üçün səyləri artırır


Cənubi Koreya nümayəndəsi Taliban yaraqlıları tərəfindən saxlanılan 22 koreyalı girovun azad olunmasına nail olmaq məqsədilə Əfqansıtana səfər edib. Əfqanıstanda özünü qərb xəbər agentliklərinə Talibanın sözçüsü kimi təqdim edən şəxs telefonla bildirib ki, danışıqlar aparılması mümkündür. O, 22 girovun sağ-salamat olduğunu təsdiq edib. Əfqanıstana yola düşməzdən əvvəl Cənubi Koreya prezidentinin təhlükəsizlik məsələləri üzrə baş müşaviri deyib ki, girovdarlar bir girovu qətlə yetirdiklərinə görə cavab verəcəklər.
XS
SM
MD
LG