Accessibility links

Quantanamodakı məhbuslar ABŞ üçün təhlükədir


Yeni dərc olunan araşdırma nəticələrinə görə, ABŞ-ın Quantanamo körfəzindəki təcridxanasında saxlanan terror şübhəlilərinin çoxu Birləşmiş Ştatların təhlükəsizliyinə hədədir.

Nyu York Tayms bildirir ki, araşdırma Müdafiə nazirliyinin sifarişi ilə ABŞ Hərbi Akademiyasının terrorla mübarizə mərkəzi tərəfindən aparılıb. Hesabata əsasən, ABŞ hərbi bazasında saxlanılan şübhəlilərin 95 faizi ƏL qaidə döyüşçüləri, terrorçu təlim düşərgələrinin əməkdaşları və partlayıcılar üzrə mütəxəssislərdir. Araşdırma 2004 və 2005-ci ilin istintaq materialları əsasında aparılır.

Bu nəticələr bir il bundan əvvəl aparılan araşdırmanın nəticələri ilə ziddiyyət təşkil edir. Həmin araşdırma zamanı məhbusların yalnız 8 faizi Əl Qaidə döyüşçüləri kimi təsnifləndirilmişdi.

XS
SM
MD
LG