Serbiyanın xarici işlər naziri Vuk Ceremiç Kosovonun statusunu dövlət katibi Kondoliza Rays və digər rəsmilərlə müzakirə etmək üçün Vaşinqtondadır.
Ceremiç Amerikanın səsinə müsahibəsində hazırkı məqamı Serbiyanın separatçı əyalətinin statusunun müəyyənləşdirilməsi prosesində vacib an kimi qiymətləndirib.
O, Birləşmiş Ştatların kompromislər üçün cığır açmağa yardımçı olacağına ümidini ifadə edib. Bu həftənin əvvəlində Kosovo etnik albanlarının liderlərinin Vaşinqton səfəri zamanı Kondoliza Rays ABŞ-ın əyalətin müstəqilliyinin tanınmasını dəstəklədiyini bir daha bildirib.
Bu gün Moskvada Rusiya prezidenti Vladimir Putin Belqradın Kosovonun müstəqilliyinə etirazına dəstəyini ifadə edib. O deyib ki, beynəlxalq hüququn fundamental normaları nəzərə alınmazsa, Avropada sülhə nail olmaq mümkün olmayacaq.