Accessibility links

Hindistanlı həkimə qarşı ittihamlar ləğv edildi


Avstraliya höküməti keçən ay Britaniyada baş tutmamış bomba partlaışı çəhdi ilə əlaqədər həbs olunmuş hindistanlı həkimə qarşı terrorizm ittihamlarını ləğv edib. Məhəmməd Hənifəyə qarşı terrorizm ittihamları Avstraliyanın İçtimai Prokurorluq idarəsinin direktoru Damian Bagg tərəfindən aparılmış araşdırmanın nəticəsinə əsasən qaldırılıb. Bu qün Kanberrada təşkil edilən mətbuat konfransında cənab Bagg deyib ki, o, Hənifənin işi ilə bağlı instintaqın gedişində böyük səhvlər tapıb. Bagg bu səhvlərin nədən ibarət olduğu barədə açıqlama verməmiş, lakin dəlillərin əsaslı olmadığını bildirmişdir. Xatırladaq ki, 27 yaşlı hindistanlı həkim iyul ayının 2-də Brisban beynəlxalq hava limanında həbs olunmuşdur. O, London və Glazgo hava limanlarında bomba partlayışlarını hazırlamış terorçulara yardım ittihamı ilə saxlanmışdı.

XS
SM
MD
LG