Accessibility links

Pakistan prezidenti Benəzir Bhudto ilə görüşüb


Prezident Pərviz Müşərrəf keçmiş baş nazir Benəzir Bhudto ilə görüş keçirib.

Yüksək vəzifəli rəsmilər prezidentin indi mühacir olan keçmiş baş nazirlə Birləşmiş Ərəb Əmirliklərində görüşdüyünü bildirib.

Bu, 1999-cu ildə qanlı çevriliş nəticəsində cənab Müşərrəfin hakimiyyətə gəlməsindən sonra ilk görüşdür. Pakistanın informasiya naziri Tariq Əzim hər hansı bir nəticənin hasil olması üçün müəyyən vaxtın keçməsinin gərəıkli olduğunu bildirir.

Pakistan mediası adı çəkilməyən mənbəyə istinadən bildirir ki, görüşün məqsədi prezident Müşərrəfin prezident seçkilərində təkrar namizədliyinə xanım Bhudtonun dəstəyini qazanmaqdır. Verilən xəbərlərə görə, xanım Bhudto general Müşərrəfin həm siyasi həm hərbi lider qalması müqabilində özünün baş nazir postuna qayıtması üçün təzyiq göstərir.

Xanım Bhudto 1990-cı illərdə korrupsiyada ittiham edildikdən sonra ölkəni tərk edib. Pakistanda növbəti prezident seçkiləri dekabr, yaxud yanvar ayında keçiriləcək.

XS
SM
MD
LG