Accessibility links

Faxtə Zamani: 'İranda azərbaycanlıların beynəlxalq dəstəyə ehtiyacı var'


Kanadalı hüquq müdafiəçisi Faxtə Zamani BMT İnsan Haqları üzrə Ali Komissarlığında üç aylıq təcrübə mübadiləsini başa vurub.

Avropa səfəri zamanı BMT, beynəlxalq Amnistiya və digər insan hüquqlarını müdafiə təşkilatlarının İranda azərbaycanlıların və digər azlıqların haqlarının pozulmasına diqqəti çəkən xanım Zamani indi problemlə bağlı Vaşinqtonda görüşlər keçirir. Faxtə Zamani Amerikanın səsinin də qonağı olub.

Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının rəhbəri Faxtə Zamani Cenevrədə olduğu vaxt beynəlxalq strukturların diqqətini İran azərbaycanlılarının hüquq pozuntularına cəlb etməyə çalışıb.

Bir ildən artıqdır ki, sıx əməkdaşlıq etdiyi Beynəlxalq Amnistiya təşkilatında və Böyük Briytaniyanın xarici işlər naziriliyində görüşlər keçirən xanım Zamani bu danışıqlar zamanı təkcə azərbaycanlıların deyil, İranda yaşayan digər qeyri-fars millətlərin də məsələlərini vurğulamağa çalışıb.

Faxtə Zamani İranda azərbaycanlıların beynəlxalq dəstəyə böyük ehtiyacı olduğunu deyir.

Faxtə Zamani Avropada olduğu müddətdə 2006-cı ilin may hadisələrinin ildönümü ilə bağlı aksiyalardan əvvəl və sonra həbsə məruz qalmış fəalların işlərinin sənədləşdirilməsinə də xüsusi diqqət yetirib.

Tam reportajı audio-formatda dinləyin

XS
SM
MD
LG