Accessibility links

İraqda reydlər zamanı 16 adam həbs edilib


İraq polisinin bildirdiyinə görə, bu gün Bağdadın şərq hissəsində maşına yerləşdirilmiş bomba partlayışı 4 nəfərin ölümü, 10-dan artıq insanın yaralanmasına səbəb olub. İraqda bu gün keçirilən bir neçə reyd zamanı koalisiya qüvvələri tərəfindən terrorizmdə şübhələnilən 16 şəxsin ələ keçirildiyi bildirilir. Onlardan beşinin Tarmiya şəhərində eyni zamanda keçirilən reyd vaxtı saxlandığı deyilir. Nəzarət altına alınanlar arasında Əl- Qaidə ilə əlaqəsi olan hakim də var. Digər 6 şübhəli həmin şəhərin cənub bölgəsində ələ keçirilib. Samarra reydləri zamanı 5 nəfərin saxlandığı bildirilir. İraqın siyasi cəbhəsinə gəldikdə isə İraq ökuməti ölkənin ən böyük sünni blokunu hökumətdəki rolundan geri çəkilməsinə görə tənqid edib. Qeyd edək ki, blok baş nazir Nuri Əl-Malikiyə tələblərinin qarşılanmasına bir həftə vaxt verib. Sünni bloku reyd və həbslərlə bağlı islahatlara və şiə yaraqlılara qarşı ölçülər götürülməsini tələb edir.

XS
SM
MD
LG