Accessibility links

NATO-nun Əfqanıstandakı qüvvələri itkiyə məruz qalıb


Əfqanıstanda Taleban yaraqlıları ilə döyüşlər zamanı üç NATO və bir əfqan əsgərinin həlak olduğu bildirilir. İki NATO və bir əfqan əsgərinin dünən şərqi Nuristan vilayətindəki döyüşlər zamanı öldürüldüyü xəbər verilir. Atışmalar 13 NATO, bir əfqan əsgəri, habelə bir mülki vətəndaşın yaralanmasına səbəb olub. Əsgərlərin milliyyəti barədə məlumat verilmir. Lakin Britaniyanın Müdafiə Naziriyi dünən Əfqanıstanın Helmənd vilayətində bir əsgərinin həlak olduğunu bildirmişdi.

XS
SM
MD
LG