Accessibility links

Pakistanda intiharçının kimliyi müəyyən edilir


Pakistanın səlahiyyətli nümayəndələri İslamabadın Qırmızı Məscidi yaxınlığında 14 adamın ölümünə səbəb olan intiharçının kimliyini müəyyən etməyə çalışır. Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, həmin bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib və partlayışla bağlı təhqiqiat işi aparılır. Xatırladaq ki, kamikadze hücumu dünən yüzlərlə islamçı tələbə ilə təhlükəsizlik qüvvələri arasındakı qarşıdurmadan az sonra həyata keçirilmişdi. Hadisə qurbanlarının əksəriyyəti polis işçiləridir.

XS
SM
MD
LG